...

"Bank of Baku" kreditlərin faiz dərəcələrini endirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 15:44 (UTC +04:00)
"Bank of Baku" təsis edilməyinin 18-ci ildönümü münasibətilə istehlak və pul kreditlərinin faiz dərəcələrində endirim elan edib.
"Bank of Baku" kreditlərin faiz dərəcələrini endirir

Azərbaycan, Bakı, 8 fevral /Trend/

"Bank of Baku" təsis edilməyinin 18-ci ildönümü münasibətilə istehlak və pul kreditlərinin faiz dərəcələrində endirim elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

7 və 29 fevral tarixləri arasında davam edən kampaniya çərçivəsində "Bank of Baku" müştərilər üçün istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 2%-lik endirimə başlayıb. Bundan savayı, Bank of Baku-nun 14 fevral tarixinə təsadüf edən ad günündə hər 18-ci müştəri üçün bu endirimin dərəcəsi iki qat artırılaraq ümumilikdə 4% təşkil edəcək.

Kreditin maksimal məbləği 5000 manatdır (avtomobil, ipoteka, əmanət və VİP kreditlər kampaniyaya şamil edilmir).

Güzəştli kreditin məbləği 4000 manat, müddəti isə 24 ay olacağı halda, aylıq ödəniləcək məbləğ yeni müştərilər üçün 224 manat, müsbət kredit tarixçəsinə malik olan təkrar müştərilər üçün isə cəmi 216 manat təşkil edəcək.

"Bununla, "Bank of Baku" əhalinin ehtiyaclarına cavab vermək üçün növbəti endirim aksiyasını qüvvəyə salır. Ümumiyyətlə, bu günə qədər 400000-ə yaxın müştəri bankımızın istehlak kreditlərindən faydalanıb. Biz daima məhsul və keyfiyyət xidmətimizi təkmilləşdirərək əhaliyə dəstək olmağa çalışırıq", - Bank of Baku-nun sədr müavini Abbas İbrahimov deyib.

Kampaniyadan bəhrələnmək istəyənlər Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Bank of Baku-un əməkdaşları yeni təklifin təfərrüatlarına dair müştəriləri daha ətraflı məlumatlandıracaqlar. Bank of Baku istənilən sualı onlayn rejimdə də cavablandırmağa hazırdır. Bu məqsədlə www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi www.facebook.com/bankofbaku.com-a baş çəkmək yetərlidir.

14 fevral 1994-cü ildən etibarən fəaliyyət göstərən "Bank of Baku" fiziki və hüquqi şəxslərə müxtəlif növ kredit və bank xidmətləri göstərir.

Azərbaycan əhalisinin fərqli təbəqə təmsilçilərinin və peşə sahiblərinin ehtiyac və maraqlarını nəzərə alan "Bank of Baku" mütəmadi şəkildə əhalinin tələblərini ödəyəcək stimullaşdırıcı kampaniyalar keçirir. Bu gün "Bank of Baku" istehlak kreditləri bazarında aparıcı mövqelərdən birinə malikdir. Cari ilin yanvar ayına olan məlumata görə, "Bank of Baku" tərəfindən ayrılmış istehlak kreditlərinin sayı 716 000-i keçib.

Fevralın 8-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti