...

"NBC Bank" avtomobil sahiblərinə Azərbaycanda ilk xidmət növünü təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 15:15 (UTC +04:00)
Azərbaycan bankı "NBC Bank" müştərilərə avtokredit bazarında yeni unikal xidmət növü təklif edir.
"NBC Bank" avtomobil sahiblərinə Azərbaycanda ilk xidmət növünü təklif edir

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycan bankı "NBC Bank" müştərilərə avtokredit bazarında yeni unikal xidmət növü təklif edir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu, avtombilinizin texniki baxışını, əlavə avadanlıqların quraşdırılmasını, ehtiyat hissələrini və ümumilikdə təmir xərclərini hissə-hissə ödəməyə imkan verən Kreditli Servis xidmətidir.

Kreditli Servis xidmətinin müştərilərə qazandıracaq üstünlükləri:

- büdcənizə qənaət
- minimum sənəd toplusu
- banka gəlmədən, Nissan, Infiniti, Renault və Ford avtoservislərində krediti rəsmiləşdirmə imkanı
- az məbləğ ödəməklə orijinal və zəmanətli ehtiyat hissələrindən faydalanmaq
- servis haqqını hissə-hissə ödəmək

Beləliklə, avtomobilinizi daima saz vəziyyətdə görmək istəyirsinizə, lakin buna maddi imkanınız əl vermirsə, "NBC Bank" tərəfindən təklif olunan Kreditli Servis xidmətindən yararlana bilərsiniz!

Xidmətin şərtləri haqqında ətraflı məlumat üçün: http://www.facebook.com/NBCBankASC

Xəbər lenti

Xəbər lenti