...

Azərbaycan bankı bu il Gürcüstanda filial açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Mart 2012 13:50 (UTC +04:00)
Azərbaycan bankı "Paşa Bank" bu ilin üçüncü rübündə Gürcüstanda filial açmağı planlaşdırır.
Azərbaycan bankı bu il Gürcüstanda filial açacaq

Gürcüstan, Tbilisi, 26 mart /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan bankı "Paşa Bank" bu ilin üçüncü rübündə Gürcüstanda filial açmağı planlaşdırır.

Trend-in məlumatına görə, ötən ilin yayından Gürcüstanın bank bazarında "Paşa Bank"ın nümayəndəliyi fəaliyyət göstərir. Məhz bu nümayəndəlik filiala çevriləcək.

Filialın menecmenti bildirib ki, bank artıq internetdə yerləşdirilmiş vakansiyalar üzrə işçilər axtarır.

Xəbər lenti

Xəbər lenti