...

Azərbaycan bankı ICD ilə maliyyə müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 20:56 (UTC +04:00)
Azərbaycan bankı "Amrahbank" İslam İnkişaf Bankı Qrupunun özəl sektorda əsas qolu olan Özəl Sektorun İnkişaf etdirilməsi üzrə İslam Korporasiyası ilə 2 milyon ABŞ dolları məbləğində maliyyə xətti müqaviləsi imzalayıb.
Azərbaycan bankı ICD ilə maliyyə müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan bankı "Amrahbank" İslam İnkişaf Bankı Qrupunun özəl sektorda əsas qolu olan Özəl Sektorun İnkişaf etdirilməsi üzrə İslam Korporasiyası (ICD) ilə 2 milyon ABŞ dolları məbləğində maliyyə xətti müqaviləsi imzalayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Maliyyə vəsaiti rabitə, texnologiya, səhiyyə, istehsalat, ticarət, sənaye, kənd təsərrüfatı və digər xidmət və sahələrdəki kiçik və orta sahibkarların layihələrinə yönəldiləcək.

Müqavilə ICD-nin icraçı direktoru və baş meneceri Xalid əl-Abudi və "Amrahbank"ın idarə heyətinin sədri Emil Məmmədov tərəfindən imzalanıb.

"Bu maliyyə müqaviləsi "Amrahbank" və ICD arasında əməkdaşlığı yaxşılaşdırmaq üçün mühüm hadisə sayılır. ICD əsas beynəlxalq maliyyə institutlarından biridir və biz onun Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləkləməyini müsbət qarşılayırıq", - Məmmədov qeyd edib.

1999-cu il noyabr ayında əsası qoyulan ICD çoxtərəfli bir maliyyə institutu kimi İslam İnkişaf Bankı Qrupunun üzvüdür. Onun əsas səhmdarı IDB, o cümlədən ICD-yə üzv olan 51 ölkə və həmin ölkələrdən olan 5 ictimai maliyyə institudur. ICD-nin əsas məramı üzv ölkələrdəki özəl sahələrin inkişafını maliyyələşdirməklə iqtisadi inkişafı dəstəkləməkdir.

Xəbər lenti

Xəbər lenti