...

Saatlı və Biləsuvarda Vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 16:19 (UTC +04:00)
Saatlı və Biləsuvar rayonlarında Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, 5 və 6 saylı Ərazi Vergilər İdarəsinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə çərşənbə günü növbəti Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.
Saatlı və Biləsuvarda Vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Saatlı və Biləsuvar rayonlarında Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, 5 və 6 saylı Ərazi Vergilər İdarəsinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə çərşənbə günü növbəti Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Azərbaycanda partnyorluq, səmərəli dövlət-biznes münasibətlərinin qurulması istiqamətində görülən işlər və bu sahədə 2011-ci ildə həyata keçirilən müxtəlif layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliyin göstərilməsini təmin edən xidmət mərkəzləri pulsuz fəaliyyət göstərir. Bu xidmət mərkəzlərində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxa, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə edə bilərlər.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidi, 2011-2015-ci illəri əhatə edən "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası"nın həyata keçirilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə vergi sistemində tətbiq edilən yeniliklər və vergi ödəyicilərini maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırılıb.

Vergilərin könüllü ödənilməsi sisteminin təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən şəhərlərdə, xüsusilə vergi orqanı olmayan şəhər və rayon mərkəzlərində vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikamızda müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 31 belə xidmət mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti