...

Azərbaycanda fermerlərə buğda və çəltik səpininə görə subsidiyaların verilməsinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 11:37 (UTC +04:00)
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi buğda və çəltik səpininə görə subsidiyaların verilməsinə başlayıb.
Azərbaycanda fermerlərə buğda və çəltik səpininə görə subsidiyaların verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi buğda və çəltik səpininə görə subsidiyaların verilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirlikdən verilən məlumatda deyilir.

"Subsidiyalara görə müraciətlər ölkənin 58 rayon (şəhər) komissiyasından daxil olub. 1305 kənd ərazi komissiyasını əhatə edən 168 893 kənd təsərrüafatı məhsulları istehsalçıları olan fiziki və hüquqi şəxsə 25 milyon 189 min 508 manat 40 qəpik subsidiya verilməsi üçün 7 mart 2012-ci il tarixdə Respublika Komissiyası qərar qəbul edib", - məlumatda deyilir.

Subsidiyalar 629737,71 hektar üçün buğda və çəltik istehsalının stimullaşdırılmasına yönəldilib.

"Artıq rayonlarda plastik kartlarla subsidiyaların verilməsinə başlanılıb", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti