...

"Expressbank" müştərilərinə yeni xidmət sahəsini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 17:20 (UTC +04:00)
Azərbaycanın "Expressbank"ı müştərilərinə yeni xidmət sahəsini təqdim edir.
"Expressbank" müştərilərinə yeni xidmət sahəsini təqdim edir

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycanın "Expressbank"ı müştərilərinə yeni xidmət sahəsini təqdim edir.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, artıq banka yaxınlaşmadan da müştərilər bank kartlarını və kredit əldə etmək üçün ərizə formalarını onlayn üsulla banka göndərə bilər. Bu xidmət sahəsi müştərinin həm rahatlığını təmin edir, həm də zamanına qənaət etmiş olur.

Həmçinin, onlayn şəkildə yaxın ərazidə bankomatın quraşdırılması üçün müraciət formaları da qəbul olunur. Ərizələrin qəbulu nəticəsində ən çox tələbat olan ərazilərdə bankomatların quraşdırılması planlaşdırılır.

Ərizə formalarını banka göndərmək üçün sadəcə www.expressbank.az saytında daxil olmaqla "Onlayn sifariş formaları"nı doldurmaq yetərlidir. Həmçinin, sifariş formalaını bankın Facebook səhifəsinin "Xidmət və məhsullarımız" menyusundan da doldurmaq olar.

"Onlayn sifariş formaları" ilə tanış olmaq üçün aşağıdakı səhifələrə keçid almaq olar:

http://www.expressbank.az/AzOrderCard.html
http://www.expressbank.az/AzOrderAtm.html
http://www.expressbank.az/AzOrderConsumption.html
http://www.expressbank.az/AzOrderMikro.html
http://www.expressbank.az/AzOrderBiznes.html

Xəbər lenti

Xəbər lenti