...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2012 13:24 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,7860 manat səviyyəsində müəyyən olunub.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,7860 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

2 aprel

0,7863

9 aprel

0,7862

3 aprel

0,7863

10 aprel

0,7862

4 aprel

0,7861

11 aprel

0,7860

5 aprel

0,7861

12 aprel

0,7860

6 aprel

0,7862

13 aprel

0,7860

Həftə ərzində orta

0,7862

Həftə ərzində orta

0,7860

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,7855 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 9-da sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7857 AZN/USD səviyyəsində qalıb, aprelin 10-da 0,7857 AZN/USD məzənnə ilə $2,229 mln., aprelin 11-də 0,7855 AZN/USD məzənnə ilə $0,5 mln., aprelin 12-dəa sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7855 AZN/USD səviyyəsində qalıb, aprelin 13-də 0,7855 AZN/USD məzənnə ilə $ 0,918 mln..

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

2 aprel

0,7857

9 aprel

0,7857

3 aprel

0,7857

10 aprel

0,7857

4 aprel

0,7857

11 aprel

0,7855

5 aprel

0,7857

12 aprel

0,7855

6 aprel

0,7857

13 aprel

0,7855

Həftə ərzində orta

0,7857

Həftə ərzində orta

0,7855

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti