...

Fazil Məmmədov: Azərbaycan artıq vergi və rüsumların ödəniş kartları vasitəsilə həyata keçirilməsinə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 02:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Fazil Məmmədov: Azərbaycan artıq vergi və rüsumların ödəniş kartları vasitəsilə həyata keçirilməsinə hazırdır

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda vergilər naziri Fazil Məmmədov çıxış etmişdir.

Ölkə başçısına müraciət edən nazir bildirib ki, Kiçik və orta sahibkarlığa şəxsən İlham Əliyevin tərəfindən verilən dəstək nəticəsində iqtisadi fəallıq yüksəlmiş, biznes strukturlarının fəaliyyəti genişlənmiş, təkcə qeyri-neft sektoru üzrə sahibkarlıq subyektlərinin əmtəə-pul dövriyyəsinin artımı 13,2 faiz və ya 488 milyon manat təşkil etmişdir.

"Ötən ilin müvafiq dövrünə nisbətən qeydiyyata alınmış obyektlərin sayı 2,7 dəfə, sahibkarlıq subyektlərinin sayı 30,6 faiz, o cümlədən xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı 4,8 faiz artmışdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 57,5 faizi regionların payına düşür.

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli Fərmanının icrası ilə əlaqədar olaraq biznes mühitinin yaxşılaşdırılması məqsədilə ötən ilin ortalarından fiziki şəxslərin, bu ilin əvvəlindən isə hüquqi şəxslərin internet vasitəsilə elektron qeydiyyatına başlanılmış, artıq 11 mindən yuxarı sahibkar elektron qaydada qeydiyyata alınmışdır ki, bu da ümumi qeydiyyatın 60 faizini təşkil edir", - Məmmədov bildirib.

Nazirin sözlərinə görə, vergitutma bazasını genişləndirmənin əsas metodlarından biri də sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir.

"Bu baxımdan 2011-ci il yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı verdiyiniz tapşırıqların icrası ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir ki, artıq vergi və rüsumların ödəniş kartları vasitəsilə internet üzərindən ödənilməsi ilə bağlı işlər yekunlaşdırılmışdır", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti