...

Azərbaycanın və Rusiyanın Ticarət-Sənaye palataları əməkdaşlıq haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 11:39 (UTC +04:00)
Azərbaycanın və Rusiya Federasiyasının Ticarət-Sənaye palataları əməkdaşlıq haqqında saziş imzalayıblar.
Azərbaycanın və Rusiyanın Ticarət-Sənaye palataları əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.İsmayılov /

Azərbaycanın və Rusiya Federasiyasının Ticarət-Sənaye palataları əməkdaşlıq haqqında saziş imzalayıblar.

Trend-in məlumatına görə, saziş çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunun gedişində imzalanıb.

Sənədi Azərbaycanın Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və RF TSP-nin vitse-prezidenti Aleksandr Rıbakov imzalayıb.

Biznes forumunun gedişində habelə Azərbaycanın Ticarət-Sənaye Palatası ilə Nijeqorod vilayəti Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sazişi Azərbaycanın Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və Nijeqorod vilayəti TSP-nin nümayəndəsi İrina Dosenko imzalayıblar.

Biznes forumu Azərbaycanın Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti