...

2014-cü ildə FAO kənd təsərrüfatı nazirlərinin görüşü Rumıniyada keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 19:51 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 29-cu regional konfransı və Kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 38-ci sessiyası 2014-cü ildə Rumıniyada keçiriləcək.
2014-cü ildə FAO kənd təsərrüfatı nazirlərinin görüşü Rumıniyada keçiriləcək

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Ə.Həsənov/

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 29-cu regional konfransı və Kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 38-ci sessiyası 2014-cü ildə Rumıniyada keçiriləcək.

Trend-in məlumatına görə, bu qərar cümə günü Bakıda FAO-nun Avropa üzrə 28-ci regional konfransının yekunları üzrə qəbul edilib.

Həmçinin, Türkiyə 2016-cı ildə bu konfransın keçirilməsinə görə ərizə verib.

İki il ərzində FAO-da struktur dəyişiklikləri gözlənilir, belə ki, qurumun 1945-ci ildə yaradılmasından etibarən təşkilatda islahatlar keçirilməyib. Konfrans zamanı Estoniya və Danimarka nümayəndələri regional komissiyalar qarşısında FAO regional orqanlarının hesabatlılıqlarının ləğv edilməsi haqqında təklif irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti