...

Azərbaycanın davamlı inkişafı onu əməkdaşlıq üçün cəlbedici edir – Bolqarıstanın İqtisadiyyat Nazirliyi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 11:37 (UTC +04:00)
Azərbaycanın davamlı inkişafı, onun ixrac potensialının və alıcılıq qabiliyyətinin yüksəlməsi ölkəni əməkdaşlıq üçün cəlbedici edir.
Azərbaycanın davamlı inkişafı onu əməkdaşlıq üçün cəlbedici edir – Bolqarıstanın İqtisadiyyat Nazirliyi (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın davamlı inkişafı, onun ixrac potensialının və alıcılıq qabiliyyətinin yüksəlməsi ölkəni əməkdaşlıq üçün cəlbedici edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin Rusiya və MDB ölkələri şöbəsinin rəhbəri Yordan Tenev Azərbaycan-Bolqarıstan biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, energetika, turizm, tikinti və ərzaq sahələri iki ölkə arasında əməkdaşlığın inkişafı üçün nisbətən daha perspektivli sahələrdir.

"Bolqarıstan hökuməti Azərbaycanla əməkdaşlığa böyük diqqət göstərməyi davam etdirəcək və birgə fəaliyyətin səmərəli istiqamətlərini təşviq edəcək", - Tenev deyib.

Biznes forumunun gedişində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Bolqarıstanın Ticarət-Sənaye Palatası arsında Anlaşma Memorandumu imzalanıb.

İşgüzar görüş Baş nazir Boyko Borisovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana saəfəri çərçivəsində keçirilib. Biznes forumunda iki ölkənin tikinti, nəqliyyat, loqistika, əczaçılıq, quşçuluq, şərabçılıq və s. sahələri təmsil edən nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti