...

"FINCA Azerbaijan" filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 18:32 (UTC +04:00)
Cümə günü "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatının Xırdalan şəhərində yeni filialının açılışı olub.
"FINCA Azerbaijan" filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Cümə günü "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatının Xırdalan şəhərində yeni filialının açılışı olub. Trend-in məlumatına görə, bu barədə cümə günü təşkilatın yaydığı məlumatda deyilir.

Tədbirdə "FINCA Azerbaijan"ın ölkə üzrə direktoru Maniş Sane, Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi, müxtəlif bank filiallarının rəhbərləri, Xırdalan filialının bəzi müştəriləri və digər qonaqlar iştirak ediblər.

Məlumata əsasən, tədbir zamanı filialın ofisi ilə tanışlıq olub, müştərilərə təqdim olunan kredit məhsullarından danışılıb, həmçinin yeni Xırdalan filialında kredit alan ilk iki müştəriyə hədiyyələr verilib.

Tədbirdə qeyd edilib ki, "FINCA"nın Xırdalan filialı vasitəsilə şəhərdə çalışan orta və kiçik sahibkarlar üçün kreditin əldə edilməsi və ödənişi daha asan və əlverişlidir.

Xırdalan filialı 150 nəfərlik müştəri sayı ilə işləməyə başlayıb, hazırda isə müştərilərin sayı 320 nəfərdir. Xırdalan filialının kredit portfeli 455 min dollar təşkil edir. Filialın müştəriləri 50 min dollaradək müxtəlif çeşiddə kredit məhsullarından faydalana bilər.

Xəbər lenti

Xəbər lenti