...

"Atəşgah" rəsm əsərlərini 1 milyon dollar məbləğində sığortalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2012 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" sığorta şirkəti YARAT! Müasir İncəsənət Məkanı İctimai Birliyinin təşkil etdiyi sərgidə təqdim olunan 13 rəsm əsərini sığortalayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.

15 may 2012-ci il tarixində Müasir İncəsənət Muzeyində açılan "Birləşən körpülər" adlı sərgi çərçivəsində nümayiş etdirilən xarici müəlliflərin əsərləri 1 milyon dollar məbləğində sığortalanıb. Bu, Sara Lukas, Olimpia Skarri, Nil Klements, Corc Yanq, Enni Morris və digər tanınmış rəssamların müəllifi olduğu rəsm əsərləridir.

Rəsm əsərləri bütün risklərdən, o cümlədən yanğın, partlayış, subasma, zəlzələ, oğurluq, üçüncü şəxslərin qərəzli hərəkətləri, vandalizm aktlarından sığortalanıb.

Sərginin sponsorları "İtaldesign Group", "Bakcell", "Rapid Solutions" və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir.

Sərgi 15 iyun 2012-ci il tarixinə qədər davam edəcək.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib.

"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" sığorta qrupuna (SQ) daxildir. 2011-ci ilin nəticələrinə görə, "Atəşgah" sığorta qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində qrupun sığorta haqları 28 milyon manat, ödənişləri isə 6,4 milyon manat artıqdır.

"Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti