...

Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramının İkinci Tranş Layihəsi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2012 14:30 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Hökuməti arasında Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı üçün nəzərdə tutulmuş 600 milyon ABŞ dolları məbləğində Çox-tranşlı Maliyyə Mexanizmi (ÇMM) çərçivəsində 300 milyon ABŞ dolları dəyərində ikinci tranş kredit sazişi imzalanmışdır.
Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramının İkinci Tranş Layihəsi imzalanıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Hökuməti arasında Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı üçün nəzərdə tutulmuş 600 milyon ABŞ dolları məbləğində Çox-tranşlı Maliyyə Mexanizmi (ÇMM) çərçivəsində 300 milyon ABŞ dolları dəyərində ikinci tranş kredit sazişi imzalanmışdır. İmzalama mərasimi ÇMM layihəsinin ikinci ən böyük şəhəri olan Naxçıvan MR-in mərkəzində baş tutmuşdur.

AİB-in Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, ikinci tranş layihəsi çərçivəsində Ağdaş, Beyləqan, Göyçay və Naxçıvan şəhərlərində su və kanalizasiya sisteminin yenidən qurulması və sistemə nəzarət edən idarələrin planlaşdırılması, texniki və maliyyə idarəçiliyi məsələlərinin də genişləndirilməsi nəzərdə tutulur. Sistemin səmərəli və maliyyə cəhətdən uzunmüddətli istismarını təmin etmək üçün imkanların gücləndirilməsi işləri də maliyyələşdiriləcəkdir.

AİB-in krediti 4 illik güzəşt müddəti ilə 24 il müddətinə LİBOR əsaslı borcvermə mexanizminə uyğun olan faiz dərəcəsi ilə verilir. Azərbaycan hökuməti 110 milyon ABŞ dolları məbləğində iştirak payını təmin edəcəkdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi Naxçıvan şəhərində görüləcək işləri icra edəcək və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti isə digər şəhərlərdə görüləcək işləri yerinə yetirəcəkdir.

İnvestisiya Proqramı nəticəsində Ağdaş, Ağcabədi, Balakən, Beyləqan, Göyçay və Naxçıvan şəhərlərində 500000 nəfər əhali üçün yüksək keyfiyyətli və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi təmin ediləcəkdir. Bu yeni kredit Azərbaycanda ikinci dərəcəli şəhərlərdə su təchizatı və kanalizasiya isteminin bərpa edilməsi üçün AİB-in direktorlar şurası tərəfindən 2009-cu ildə təsdiq edilmiş ÇMM-in tərkib hissəsidir. 75 milyon ABŞ dolları məbləğində birinci kredit 2009-cu ildə təsdiq edilmişdir. 2004-cü ildə AİB sector üzrə 30 mln ABŞ dolları məbləğində kredit təsdiq etmişdir.

AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə əsasən, bu kredit AİB-in Azərbaycan üçün təsdiq etdiyi ən böyük məbləğdə olan kredit layihəsidir və uğurlu əməkdaşlıq istiqmətində yeni bir səhifə açır: "Həmçinin ilk dəfədir ki, kredit sazişinin imzalanması layihə icra edilən şəhərdə təşkil edilir və Azərbaycanda regional şəhərlərin sosial və iqtisadi inkişafında yaxından iştirak etməkdən şərəf duyuruq. İnvestisiya Proqramının ikinci layihəsində dörd şəhərdə, o cümlədən Naxçıvan şəhərində olan infrastruktur bərpa ediləcək və institusional imkanların gücləndirilməsi üçün qeyri-infrastruktur komponenti də maliyyələşdiriləcəkdir. Ümumiyyətlə, layihə şəhərlərində qısa zaman ərzində əhalinin investisiya layihəsinin birbaşa nəticəsi olan davamlı və yüksək keyfiyyətli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməsinin şahidi olacağıq."

AİB-in məqsədi "Asiya və Sakit Okean Regionunu yoxsulluqdan azad etməkdir". AİB-in missiyası yoxsulluğun aradan qaldırılması və yaşam səviyyəsini və keyfiyyətinin gücləndirilməsi üçün inkişaf etməkdə olan üzv ölkələrinə kömək etməkdir. AİB güclü kapitala malik çoxtərəfli inkişaf bankıdır və Asiaya, eləcə də Sakit okeaniyada yoxsulluğun aradan qaldırıması, iqtisadi inkişaf, ekoloji dayanıqlığı və regional inteqrasiyanı təmin etmək naminə fəaliyyət göstərir.
AİB 1966-cı ildə Asiya İnkişaf Bankının yaradılması Sazişi (Nizamnamə) çərçivəsində yaradılmış və həmin Saziş hissədarlar olan üzv ölkələr qarşısında öhdəliklər yaradır. 2010-cu il 31 Dekabr tarixinə 67 ölkə AİB-ə üzv olmuş və onun 48-i Asiya və Sakit okean regionuna aiddir.
AİB-in Baş Qərargahı Filippində Manila şəhərində yerləşir və dünya miqyasında, o cümləfən Şimali Amerika (Vaşinqton DC), Avropa (Frankfurt) və Yaponiyada (Tokyo) nümayəndəlikləri vardır.

Xəbər lenti

Xəbər lenti