...

Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 17:25 (UTC +04:00)
2012-ci ilin may ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,1 faiz, sərnişindaşıma tarifləri isə 0,6 faiz azalıb.
Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri azalıb

Azərbaycan, Bakı, 7 iyun /Trend/

2012-ci ilin may ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,1 faiz, sərnişindaşıma tarifləri isə 0,6 faiz azalıb.

Dövlət Statistika Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,5 faiz, tranzit üzrə 4,3 faiz, ixrac üzrə 3,5 faiz, yerli əlaqə üzrə 0,7 faiz ucuzlaşıb. Dəmiryol nəqliyyatı vasitəsi ilə MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,1 faiz bahalaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifi 0,9 faiz ucuzlaşıb. Digər xarici ölkələrə sərnişindaşıma tarifləri 1,8 faiz ucuzlaşıb, MDB ölkələrinə isə 5,4 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 2,8 faiz və 0,1 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti