...

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində "UNStudio" beynəlxalq memarlıq şirkəti bankın baş ofisinin layihələndirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 21:44 (UTC +04:00)
"UNStudio" beynəlxalq memarlıq şirkəti tərəfindən Bakı Ağ Şəhər layihəsi çərçivəsində Azərbaycan banklarından birinin baş ofisinin layihələndirilməsinə başlanıb. Layihə sənədlərini, o cümlədən konstruksiya və mühəndis kommunikasiyalarını Azərbaycan mütəxəssisləri hazırlayacaqlar.
"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində "UNStudio" beynəlxalq memarlıq şirkəti bankın baş ofisinin layihələndirilməsinə başlayıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"UNStudio" beynəlxalq memarlıq şirkəti tərəfindən Bakı Ağ Şəhər layihəsi çərçivəsində Azərbaycan banklarından birinin baş ofisinin layihələndirilməsinə başlanıb. Layihə sənədlərini, o cümlədən konstruksiya və mühəndis kommunikasiyalarını Azərbaycan mütəxəssisləri hazırlayacaqlar.

Trend-in məlumatına görə, layihə üçün ayrılmış ərazi Nobel prospektində tikilməkdə olan "Bakı Ağ Şəhər" ofis binası ilə üzbəüz yerləşir. 7 mərtəbədən ibarət bank binasının 10 000 kv.m faydalı sahəsi və 265 yerlik parkinqi olacaq. İnkişaf etməkdə olan yerli banklar tərəfindən baş ofislərin rahat infrastrukturuna - münasib giriş-çıxış yolları və əlverişli ətraf şəraitə artan tələbatı nəzərə alaraq, yaxın binaların layihələndirilməsi barədə də razılıq əldə edilib və beləliklə, Bakı şəhərində banklar rayonunun yaradılmasına başlanılıb.

"UNStudio" şirkəti innovasiyalı arxitektura sahəsində dünya liderləri sırasındadır. Ştutqard şəhərindəki "Mersedes Benz" muzeyi, Amstredamdakı "UNStudio" ofis binası, Frankfurtdakı "Grand Hyatt" hoteli, Çin Milli İncəsənət Muzeyi, Sinqapur Texnologiya və Dizayn Universiteti, Nyu-Yorkdakı "Columbia Business" Məktəbi və "Five Franklin Place" yaşayış binası kimi məşhur layihələrin müəllifi olan "UNStudio" şirkəti, Amsterdamda və Şanxayda yerləşən ofisləri vasitəsilə dünyanın hər yerində çox tanınmış layihələr həyata keçirir. Şirkətin fəaliyyəti barədə daha ətraflı məlumatı www.unstudio.com internet səhifəsində əldə etmək olar.

Qeyd edək ki, "Bakı Ağ Şəhər" şəhərsalma layihəsi "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı" çərçivəsində həyata keçirilir. Layihə barədə ətraflı məlumat www.bakuwhitecity.com saytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti