...

Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/

31 oktyabr - 1 noyabrda Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək. Forumda Türkiyədən 30-dan artıq sahibkar iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə İxracatçılar Şurasının (TIM) rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Türkiyəli sahibkarların səfərini TIM təşkil edib. Biznes forumunda məqsəd türkiyəli sahibkarların və investorların Gəncənin infrastrukturu və bazarı ilə tanışlığıdır.

Azərbaycanlı və türkiyəli sahibkarlar avtomobil sənayesi, maşın və avadanlıqlar, toxuculuq və geyim, əczaçılıq preparatları, tikinti materialları, elektrik və elektron avadanlıqlar, dəmir və polad istehsalı, qida sənayesi, plastmas, kənd təsərrüfatı alətlərinin, tikinti materiallarının və tibbi avadanlıqların istehsalı sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti