...

Nazir müavini: Almaniya Azərbaycanın iqtisadiyyatına $450 milyondan yuxarı sərmayə qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2012 23:46 (UTC +04:00)
Azərbaycana qoyulmuş alman investisiyalarının həcmi 450 milyon dollar ötüb, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bazar ertəsi Bakıda azərbaycan-alman xarici ticarət palatasının açılışında öz çıxışı zamanı deyib.
Nazir müavini: Almaniya Azərbaycanın iqtisadiyyatına $450 milyondan yuxarı sərmayə qoyub

Azərbaycan, Bakı, 12 noyabr / müxbir Trend A.Axundov/

Azərbaycana qoyulmuş alman investisiyalarının həcmi 450 milyon dolları ötüb, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bazar ertəsi Bakıda Azərbaycan-Alman xarici ticarət palatasının açılışında öz çıxışı zamanı deyib.

"Azərbaycanda alman kapitallı 105 şirkət işləyir, 10 birgə layihə var, hansıların ki, ümumi qiyməti Azərbaycan dövlət sərmayələri ilə birlikdə 460 milyon avro təşkil edir", - Səfərov deyib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafı üçün etibarlı normativ-hüquqi baza mövcuddur, 60-dan çox hökumətlərarası razılaşma qüvvədədi.

"İki ölkənin arasında münasibətlərin inkişafının göstəricisi qarşılıqlı ticarət dövriyyəsinin yaxşı artım sürətləridir. Belə ki, 2011-ci ildə əmtəə dövriyyəsi 2,2 dəfə artıb, bu ilin yanvar-sentyabr aylarında isə 70 faiz artıb. Qarşılıqlı ticarətin gələcəkdə genişlənməsi üçün böyük potensial var", -Səfərov söyləyib.

Onun sözlərinə görə, bu gün texniki kömək kimi Almaniya Azərbaycana 45 milyon avro ayırıb, qrantlar şəklində - 20,1 milyon avro, maliyyə əməkdaşlığı çərçivəsində - 244 milyon avro.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında ticarət və sərmayələr üzrə hökümətlərarası işçi qrupunun fəaliyyəti əhəmiyyətli rolu oynayıb.

"2011-ci ildə yaradılmış işçi qrupun ikinci iclası Bakıda sabah keçirələcək", - Səfərov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti