...

Bakıda sement istehsalının qanunauyğunluğu yoxlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 16:19 (UTC +04:00)
Bakıda sement istehsalının qanunauyğunluğu yoxlanılır.
Bakıda sement istehsalının qanunauyğunluğu yoxlanılır

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Bakıda sement istehsalının qanunauyğunluğu yoxlanılır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, 1 ünvanında "A.M. Emal Sənaye" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Carona-sement" adlı M-400 markalı 40 və 50 kq-lıq kisələrdə qablaşdırılmış sementlərin ümumi təyinatlı olduğu halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, 50 kq-lıq kisələrdə qablaşdırılmış "Carona-sement" adlı M-400 markalı sementlərin etiketində istehsalçı barədə məlumatın, "Qaradağ-N" adlı M-400 markalı sementin etiketində isə sertifikatlaşma barədə məlumatın göstərilmədiyi müəyyən edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bundan başqa, müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan istifadə qaydası və qatışığın hazırlanması barədə məlumatlar verildiyi müəyyən olunub.

Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən "A.M. Emal Sənaye" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti