...

Dünya Bankı Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 15:24 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşenko və bankın eksperti Anjela Priqojina ilə görüş keçirilib.
Dünya Bankı Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirir

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşenko və bankın eksperti Anjela Priqojina ilə görüş keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, DSMF-nin fəaliyyəti barədə qonaqlara məlumat verən Fondun sədri Səlim Müslümov bildirib ki, ötən müddət ərzində DSMF-nin qurumlarının 87 faizi avtomatlaşdırılmış iş yerləri ilə təmin edilib və bu gün Fondun mərkəzi informasiya bazasında 1,272 milyon nəfər pensiyaçı və 2,1 milyon nəfərdən çox sığortaolunan barədə məlumatlar toplanıb. Müslümov Fondun sədri sığorta-pensiya sisteminin növbəti illərdə texniki, institusional təkmilləşmə və maliyyə dayanıqlığı baxımından inkişaf istiqamətləri barədə məlumat verib.

Leşenko Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. Qonaq təmsil etdiyi qurumun Fondla yaxından əməkdaşlıq etdiyini önə çəkərək, növbəti illərdə də əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu, həmçinin yeni pensiya təminatı sisteminin islahatı Konsepsiyasının işlənib hazırlanmasında Dünya Bankının mütəxəssislərinin öz köməyini əsirgəməyəcəklərini bildirib.

Xanım Priqojina sığorta-pensiya sisteminin növbəti inkişaf mərhələsinin yalnız sosial məsələləri deyil, eləcə də maliyyə xarakterli elementləri əhatə etməli olduğunu qeyd edib. Bu istiqamətdə Dünya Bankının mütəxəssislərinin böyük təcrübəyə malik olduqlarını və Azərbaycanın da bu təcrübədən yararlana biləcəyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti