...

İran Azərbaycana 33 milyon dollar məbləğində məhsul ixrac edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2012 14:19 (UTC +04:00)
Cari ilin (İranda il martın 21-də dəyişir) ilk 8 ayı ərzində İrandan Azərbaycana 33 milyon dollar həcmində (portfel ticarəti vasitəsilə) məhsul ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 53 faiz çoxdur.
İran Azərbaycana 33 milyon dollar məbləğində məhsul ixrac edib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbirlər A. Bədəlova, T. Cəfərov/

Cari ilin (İranda il martın 21-də dəyişir) ilk 8 ayı ərzində İrandan Azərbaycana 33 milyon dollar həcmində (portfel ticarəti vasitəsilə) məhsul ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 53 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı IRNA agentliyi Astara şəhərinin gömrük məntəqələrindən birinin direktoru Cahangir Bəxşiyə istinadən məlumat verir.

Onun sözlərinə görə, İran ilk 8 ayda Azərbaycana 13 min ton məhsul ixrac edib ki, bu da ötən il analoji dövründə ixrac edilən məhsulların həcmindən 34 faiz çoxdur.

İran və Azərbaycan arasında əsasən portfel ticarəti aparılır və Bəxşinin sözlərinə görə, malların böyük hissəsi Azərbaycana turistlər vasitəsilə ixrac edilib.

Bəxşi qeyd edib ki, son 9 ayda İran Azərbaycan, Rusiya və Gürcüstana 270 milyon dollar dəyərində 516 min ton qeyri-neft məhsulları ixrac edib.

Onun sözlərinə görə, ötən ilin analoji dövrünə nisbətən ixrac edilən malların həcmi 21 faiz, məbləği isə 10 faiz artıb.

Bəxşi vurğulayıb ki, artım əsasən sement və kənd təsərrüfatı məhsullarının ixracı hesabına qeydə alınıb.

Xüsusilə, İran sərhədi ilə 113,2 milyon dollar həcmində 131 221 ton kənd təsərrüfı məhsulu ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti