Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Yanvarın 18-dən etibarən "Parabank"ın 6 milyon manat həcmində faizli, adlı, təmin olunmamış, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Bu barədə cümə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 6 min səhm buraxılıb. Beş illik dövrioyyə müddəti ilə istiqrazların gəlirliliyi 15 faiz təşkil edir. Faizlərin ödənişi rübdə bir dəfə həyata keçiriləcək.
"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı təkliflə fond birjasına müraciət edib", - birjanın məlumatında deyilir.