...

"Palmali" Türkiyə limanlarının özəlləşdirilməsində iştirak edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2013 12:43 (UTC +04:00)
"Palmali" şirkətlər qrupu Türkiyə limanlarının özəlləşdirilməsi üzrə tenderdə iştirak edə bilər. Trend-in məlumatına görə, bu barədə şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin "Hürriyyət" qəzetinə müsahibəsində bildirib.
"Palmali" Türkiyə limanlarının özəlləşdirilməsində iştirak edə bilər

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir A.Tağıyeva/

"Palmali" şirkətlər qrupu Türkiyə limanlarının özəlləşdirilməsi üzrə tenderdə iştirak edə bilər. Trend-in məlumatına görə, bu barədə şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin "Hürriyyət" qəzetinə müsahibəsində bildirib.

Mənsimovun sözlərinə görə, şirkət tenderdə Türkiyə şirkətlər konsorsiumu ilə birgə iştirak edə bilər.

Türkiyə artıq gələn aydan bir sıra iri limanları özəlləşdirməyə çıxarmaq niyyətindədir. Onların arasında Dərincə (İzmit), Kruvaziyer (İzmir), İzmir Yük (İzmir), Tekirdağ (Tekirdağ), Güllük (Muğla), Kabatepe (Çanaqqala), Gökçeada Kuzu (Çanaqqala), Pasaport İskelesi (İzmir) və Qalataport (İstanbul) limanları var. Ümumilikdə, Türkiyə ölkədəki 13 iri limanı özəlləşdirmək fikrindədir.

Mənsimov həmçinin bildirib ki, bu gün "Palmali" şirkətlər qrupunun tərkibinə 270 gəmi daxildir. Onlardan 170-i "Palmali"nin şəxsi mülkiyyətidir. O qeyd edib ki, "Palmali" şirkətlər qrupu malik olduğu gəmilərin sayına görə dünyada gəmiçilik şirkətləri beşliyinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti