...

İqtisadi İnkişaf Nazirliyinə 18 mindən çox müraciət edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2013 12:57 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin yanvar ayında 100-dən çoxu bölgələrdən olmaqla 440-dan çox müraciət daxil olub.
İqtisadi İnkişaf Nazirliyinə 18 mindən çox müraciət edilib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin yanvar ayında 100-dən çoxu bölgələrdən olmaqla 440-dan çox müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 18 mindən çox müraciət edilib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti