...

İrandan Azərbaycana ixrac artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2013 12:52 (UTC +04:00)
İran bu ölkənin Astara gömrük-keçid məntəqəsindən Azərbaycana ixrac olunan malların dövriyyəsini ötən İran təqviminə (martın 21-də yekunlaşır) nisbətdə 33% artırıb.
İrandan Azərbaycana ixrac artıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T. Cəfərov/

İran bu ölkənin Astara gömrük-keçid məntəqəsindən Azərbaycana ixrac olunan malların dövriyyəsini ötən İran təqviminə (martın 21-də yekunlaşır) nisbətdə 33% artırıb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Astara gömrük-keçid məntəqəsinin rəhbəri Cahangir Bəxşi bildirib ki, İran təqviminin ilk 11 ayı ərzində İran Azərbaycana bu məntəqə vasitəsilə 36 milyon dolar həcmində mal ixrac edib.

Bəxşi qeyd edib ki, ikitərəfli ticarət çəkidə 18% və pulla ifadədə isə 33 faiz artıb.

İxrac olunan malların siyahısına ərzaq məhsulları, geyim, plastik, kənd təsərrüfatı malları və s. daxil olub.

Bəxşi, həmçinin 11 ay ərzində Azərbaycandan İrana və əks istiqamətdə 528 min nəfərin keçdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında əsasən xırda ticarətə üstünlük verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti