...

“Bank Standart” pul köçürmələri ilə bağlı yeni kampaniyaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2013 14:35 (UTC +04:00)
11-15 mart tarixlərini əhatə edən aksiya ərzində “Bank Standard”ın filiallarında təcili pul köçürməsi həyata keçirən hər kəsə köçürmə məbləğindən asılı olmayaraq "VISA Classic" bank kartı və 10 manat hədiyyə veriləcək.
“Bank Standart” pul köçürmələri ilə bağlı yeni kampaniyaya başlayır

Azərbaycan, Bakı, 11 mart, / Trend/

11-15 mart tarixlərini əhatə edən aksiya ərzində "Bank Standard"ın filiallarında təcili pul köçürməsi həyata keçirən hər kəsə köçürmə məbləğindən asılı olmayaraq "VISA Classic" bank kartı və 10 manat hədiyyə veriləcək. Bu barədə Trend-ə bazar ertəsi bankdan daxil olan məlumatda bildirilir.

"Bank Standard"ın plastik kartına artıq sahib olan müştərilər üçün 10 manat onların mövcüd kartlarına yüklənəcək. Bankın kart sahibləri olmayanlara isə bu məbləğ yüklənmiş "VISA Classic" kartı pulsuz veriləcək. Qeyd edək ki, hər müştəri gün ərzində yalnız bir dəfə bu hədiyyəni ala bilər.

"Bank Standard" təcili pul köçürmə xidmətlərini "Western Union", "Xpress Money", "Private Money", "Faster", "Caspian Money Transfer", "Contact", "Migom", "Zolotaya Korona", "Blizko", "Lider", "Coinstar", "Monex" və "İntel Express" sistemləri vasitəsilə göstərir. Təcili pul köçürmə sistemlərinin xidmətlərindən "Bank Standard"ın paytaxt və regionlarındakı filiallarında faydalanmaq olar.

"Bank Standard"ın təklif etdiyi təcili pul köçürmə sistemləri haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti