...

Qəbələdə "Elektron hökümət: Gömrük sahəsində innovasiyalar" mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir C.Ələkbərov/

Qəbələdə "Elektron hökümət: Gömrük sahəsində innovasiyalar" mövzusunda 5-ci yubiley beynəlxalq elmi-praktik konfrans keçirilib. Trend-in bazar ertəsi verdiyi məlumata görə, konfransda 55 ölkənin 102 nümayəndəsi iştirak edib. Konfransın əsas məqsədi elektron hökümət quruculuğu və onun tətbiqi ilə bağlı dünya təcrübəsi, elektron idarəçilik sahəsində dövlət qurumları arasında əməkdaşlığın müasir formalarının müzakirəsi, gömrük işində və iqtisadiyyatın digər sahələrində informasiya və kommunikasiya texnoloqiyalarının tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı mövcud vəziyyətin öyrənilməsi, təcrübə mübadiləsinin aparılmasıdır.

Konfrans iştirakçıları xalqımızın ümumilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəsizdə ucaldılmış abidəsini ziyarət ediblər.

Konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf proqramının rezident nümayəndəsi Antonius Broek, Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa regional ofisinin rəhbəri Vitali Mikeladze iştirak edib.

Tədbirdə çıxış edən Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük orqanlarında informasiya sisteminin təkmilləşdirilməsi və yeni layihələr barədə məlumat verib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə 2013- ci ilin "İnformasiya texnologiyalari ili" elan olundugunu xatırladaq tədbirin keçirilməsinin əhəmiyyətini vurgulayıb. Konfransda "Açıq məlumat gömrük və biznes əməkdaşlığında şəffaflığın artırılması vasitəsi kimi", "Vahid Avtomatlaşdırılmış Elektron İnformasiya Sistemində elektron gömrük ödənişləri", "Xarici iqtisadi fəaliyyət iştirakçısının şəxsi kabineti - elektron xidmət dəstindən kompleks şəkildə özünəxidmətə doğru", "Elektron hökumət və sosial media" və s. mövzulara toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti