...

"İdea" mebel salonunda təntənəli mərasim keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2013 11:17 (UTC +04:00)
11 may tarixində paytaxt şəhərin mərkəzi küçələrinin birində yerləşən və daim öz alıcılarına sərfəli aksiyalar təşkil edən "IDEA" mebel salonunda lotereya aksiyasının oynanılmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
"İdea" mebel salonunda təntənəli mərasim keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 may /Trend/

11 may tarixində paytaxt şəhərin mərkəzi küçələrinin birində yerləşən və daim öz alıcılarına sərfəli aksiyalar təşkil edən "IDEA" mebel salonunda lotereya aksiyasının oynanılmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Qeyd edək ki, mart ayında start verilən lotereyanın şərtlərinə görə, mebel və ya çılçıraq alan hər müştəri Milana 5 günlük unudulmaz səyahət və, həmçinin, salonda alış-veriş üçün 5000 AZN və 3000 AZN dəyərində kupon qazandıran lotereya iştirakçısına çevrilirdi.

Bütün lotereya iştirakçıları və bir çox mətbuat nümayəndələri lotereyanın oynanılmasına özəl olaraq təşkil olunmuş ziyafətə dəvət olunmuşdurlar. Qonaqların həyəcanlı baxışları altında fırlanan lotereya barabanından tədbirin ən balaca qonağı olan Gülüşün yüngül əli ilə Milana səyahətin xoşbəxt qalibi - Hüseynova Gülnarə xanımın adı çıxdı. 5000 AZN və 3000 AZN dəyərində kuponlar isə Tağıyev Ələkbərə və Tağıyeva Xumar xanıma müvafiq olaraq qismət oldu.

Tədbirdə, həmçinin Avropanın ən nəhəng mebel sərgilərindən biri olan "Salone Internazionale Del Mobile 2013" Beynəlxalq Mebel Sərgisindən 2013-cü ilin son dəbli yenilikləri də slayd şou şəklində təqdim olunmuşdur. Tədbir ziyafət və həzin musiqi sədaları altında davam edib.

"İdea" mebel salonuna xoş gəlmisiniz (Ü.Hacıbəyov küç. 33/35. Tel.: 012 498 96 60/61).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti