...

İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 20 minə yaxın müraciət edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2013 16:32 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı sualların operativ və vaxtında cavablandırılması məqsədilə yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin aprel ayında 550-ə yaxın müraciət daxil olub.
İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 20 minə yaxın müraciət edilib

Azərbaycan, Bakı, 15 may /Trend/

İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı sualların operativ və vaxtında cavablandırılması məqsədilə yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin aprel ayında 550-ə yaxın müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 19500-ə yaxın müraciət edilib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti