...

Azərbaycan şirkətləri tərəfindən Gürcüstanda 7700-dən çox iş yeri yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2013 16:56 (UTC +04:00)
2012-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 12,1% artıb. Azərbaycanda 150-dən artıq Gürcüstan şirkəti, Gürcüstanda isə 300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.
Azərbaycan şirkətləri tərəfindən Gürcüstanda 7700-dən çox iş yeri yaradılıb

Azərbaycan, Bakı, 25 may /Trend/

2012-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 12,1% artıb. Azərbaycanda 150-dən artıq Gürcüstan şirkəti, Gürcüstanda isə 300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Trend-in məlumatına görə, bu barədə Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstanda 7700-dən artıq iş yeri yaradılıb. Təkcə son iki il ərzində Gürcüstana 210 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb.

Bununla belə Mustafayev iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti