...

Keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2013 00:16 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı keyfiyyətsiz ərzaq məhsulları aşkar edilib.
Keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı keyfiyyətsiz ərzaq məhsulları aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Sabunçu, Xəzər, Binəqədi rayonlarında, Gəncə, Goranboy şəhərlərində, Füzuli, Bərdə rayonlarında aparılan yoxlamalar zamanı 230 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti