...

Azərbaycanda özəl pilot taxılçılıq təsərrüfatında məhsuldarlıq rekord həddə çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2013 16:25 (UTC +04:00)
Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış ilk özəl pilot taxılçılıq təsərrüfatında buğda biçini başa çatıb.
Azərbaycanda özəl pilot taxılçılıq təsərrüfatında məhsuldarlıq rekord həddə çatıb (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış ilk özəl pilot taxılçılıq təsərrüfatında buğda biçini başa çatıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1875 hektar sahədən 10 min tondan çox yüksək keyfiyyətli ərzaq buğdası əldə olunub. Bu isə rekord həddə - hər hektardan 55 sentner taxıl deməkdir. Yığılmış məhsulun əsas hissəsi Dövlət Taxıl Fonduna təhvil veriləcək, bir hissəsi isə təsərrüfatın istifadəsində saxlanılacaq.

Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin tam təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən daha 40-50 bu cür iri özəl taxıl təsərrüfatının yaradılması işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti