...

Renault "Caucasus Motor-show" sərgisində (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2013 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Renault çoxdandır gözlənilən, 26-28 iyul 2013 tarixlərində Qəbələ şəhərində keçirilən "Caucasus Motor-Show" avtomobil sərgisində iştirak edəcək. Məşhur fransız avtomobili ilin əsas modelləri olan - yenilənmiş Fluence və Megane, habelə məşhur offrouder Duster-i təqdim edəcək.

Renault-un Azərbaycanda rəsmi dileri olan Nurgün Motors-un marketing meneceri İlkin Qurbanov bildirib: "Caucasus Motor-Show" sərgisi - avtomobil dünyasının parlaq hadisələrindən biridir və biz yenilənmiş Fluence və Megane, habelə istehlakçıların sevimlisinə çevrilən Duster modellərini təqdim edəcəyimizə şadıq. Statistikaya əsasən, Renault son iki ildə Azərbaycan bazarında ən dinamik inkişaf edən markalar siyahısındadır".

Duster - Azərbaycan bazarı üçün offrouder

Renault Duster Azərbaycan bazarında 2012-ci ildə təqdim olunub və demək olar ki, dərhal müştərilərin etibarını qazanıb. Modelin satış göstəriciləri mütəmadi olaraq artır: 2013-cü ilin ilk yarısında Duster-in satış göstəriciləri ötən ilin analoji dövrü ilə müqayisədə 60% artıb.

Müştərilər modelin özündə optimal təhlükəsizliyi və qüsursuz etibarlılığı cəmləşdirən qiymətini və keyfiyyətini lazımınca dəyərləndirilər. Duster-in offrouder xüsusiyyətləri də diqqətsiz qalmır: yüksək klirens və kuzovun əlavə mühafizəsi yolsuzluq şəraitində hərəkət etmək üçün tam uyğunlaşdırılıb.

Bu əla xüsusiyyətlər etibarlılıq təcəssümü olan dizayn tərəfindən vurğulanıb: geniş qanadlar, radiatorun xromlaşdırılmış barmaqlıqları şübhə yaratmır ki, Renault Duster-in damarında əsl offrouder qanı axır.

Qafqaz regionu bazarında Duster-in 4x4 və 4x2 modifikasiyalı, avtomatik və mexanik ötürücülü, habelə 1,6 və 2,0 həcmli mühərrikli versiyaları da mövcuddur. Avtomobilin başlanğıc qiyməti 17900 manat təşkil edir.

Yeni Renault Fluence - Sərfəli qiymətə daha yüksək səviyyəli avadanlıq

Yeni Renault Fluence Lourens Van Den Akerin komandası tərəfindən hazırlanmış yeni daxili və xarici dizaynından əlavə daha yüksək səviyyəli avadanlığı ilə Azərbaycan bazarında çıxış etmişdir.

Yeni avtomobilin komfortlu idarəsi sensorlu ekranı olan, səsli nömrə yığımı, şəkil və videoların izlənməsini və bir çox başqa funksiyaları özündə cəmləşdirən yeni Renault R-link sistemi vasitəsilə təmin olunur.

Azərbaycan bazarında model iki versiyada təqdim olunub: pilləsiz ötürücülü, 1,6 və 2,0 həcmində benzin nəzdində çalışan mühərriklər. Başlanğıc qiyməti 18 900 manat təşkil edir.

Yenilənmiş Renault Megane - Daha çox rahatlıq, daha çox təəssürat

Bazarda 2013-cü ilin may ayında təqdim olunan "Renault MeganeCollection 2013" - yeni 1,6 həcmində mühərrik və pilləsiz X-Tronic ötürücüsü ilə təltif olunub. Bunun sayəsində avtomobil daha rahat və təsərrüfatlı olub.

Renault Megane hetçbekinin üslub və xüsusiliyini yeni ahəngdar görünüşü ifadə edir. İşıq-diodlu hərəkət işıqları "avtomobilin baxışını" daha təsirli edir.

Zahirən avtomobil dizaynının elementləri xromlaşdırılmış qapı tutacaqları, duman əleyhinə fənərlərin haşiyələnməsi, salonun daxili dizaynı ilə bir-birilərini tamamlayır. Yeni Megane-ın mühərriklər sırasına 1,6 16V (114 a.g.) benzin mühərriki əlavə olunub. Mühərrik Renault-Nissan Alyansı tərəfindən işlənib hazırlanıb, iti dinamikaya malikdir, yanacaq sərfiyyatı və CO2 tullantıları isə aşağı səviyyədədir.

Yenilənmiş Renault Megane Azərbaycan bazarında 1,6 və 2,0 həcmində, benzin ilə çalışan mühərrik və pilləsiz ötürücü ilə təqdim olunmuşdur. Başlağıc qiyməti 18300 manat təşkil edir.

Bütün Renault avtomobillərinə 3 illik və ya 100 000 kilometrlik zəmanət verilir. Avtomobilləri diler olan, Babək prospekti, 28D ünvanında yerləşən Renault Satış Mərkəzindən əldə edə bilərsiniz. Əlaqə nömrəsi: (+994 12) 447 27 21

Məqalədə:
Xəbər lenti

Xəbər lenti