...

"Xalq Bank"ın kartları ilə "Qatar Airways"in biletlərinə 10 faiz endirim

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2013 14:18 (UTC +04:00)
Bu gündən etibarən Xalq Bankın plastik kartlarının istifadəçiləri dünyanın 100-dən artıq şəhərinə 2012-ci ildə dünyanın ən yaxşı aviaşirkəri seçilən "Qatar Airways"lə 10% endirimlə səyahət edəcəklər.
"Xalq Bank"ın kartları ilə "Qatar Airways"in biletlərinə 10 faiz endirim

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Bu gündən etibarən Xalq Bankın plastik kartlarının istifadəçiləri dünyanın 100-dən artıq şəhərinə 2012-ci ildə dünyanın ən yaxşı aviaşirkəri seçilən "Qatar Airways"lə 10 faiz endirimlə səyahət edəcəklər.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, 01.08.2013-25.10.2013 tarixlərində davam edən kampaniyanın şərtlərinə görə, "Xalq Bank"ın Visa Platinum, Visa/MC Gold, Visa Classic/MC Standard, Visa Electron, Dizayn Kart və ya İnternet kartlarının istifadəçiləri aviabileti www.qatarairways.com/xalqbank internet səhifəsində aldıqda 10% endirim əldə edirlər.

Qeyd edək ki, endirimlər Viyana, Brussel, Sofya, Ştutqard, Afina, Budapeşt, Milan, Buxarest, Madrid, London, Mançester, Tokyo, Osaka, Seul, Bəhreyn, Küveyt, Mədinə, Hyuston, Monreal, Nyu-York, Vaşinqton, Buenos-Ayres, Şanxay, Melborn, Sinqapur və digər istiqamətlərə nəzərdə tutulur.

Plastik kartlar bankın istənilən filialında PULSUZ təqdim edilir. Məlumat Mərkəzi: 138.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti