...

İran beş ay ərzində Azərbaycana "portfel ticarəti" vasitəsilə 7 milyon dollar məbləğində məhsul ixrac edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2013 14:09 (UTC +04:00)
Cari ilin (İranda il martın 21-də dəyişir) ilk 5 ayı ərzində İrandan Azərbaycana 7 milyon 540 min dollar həcmində (portfel ticarəti vasitəsilə) məhsul ixrac edib. Bunu Astara şəhərinin gömrük məntəqəsinin direktoru Cahangir Bəxşi deyib.
İran beş ay ərzində Azərbaycana "portfel ticarəti" vasitəsilə 7 milyon  dollar məbləğində məhsul ixrac edib

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir T.Cəfərov/

Bu ilin (İranda il martın 21-də dəyişir) ilk 5 ayı ərzində İrandan Azərbaycana 7 milyon 540 min dollar həcmində (portfel ticarəti vasitəsilə) məhsul ixrac edib. Bunu Astara şəhərinin gömrük məntəqəsinin direktoru Cahangir Bəxşi deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Onun sözlərinə görə, İran ilk 5 ayda Azərbaycana 4 920 ton məhsul ixrac edib.

Bəxşinin sözlərinə görə, İran və Azərbaycan arasında əsasən "portfel ticarəti" aparılır və malların böyük hissəsi Azərbaycana turistlər vasitəsilə ixrac edilib.

Bəxşi deyib ki, bu müddət ərzində 276 min 890 nəfər turist Astara sərhəd keçid məntəqəsi vasitəsi ilə gediş-gəliş ediblər.

Onun sözlərinə görə, plastik qablar, şüşə qabları, seramika, meyvə və tərəvəz Azərbaycana ixrac olunan ən çox mallardır.

Bəxşi qeyd edib ki, son 5 ayda İrandan Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, İraq və BƏƏ-yə 202 milyon dollar dəyərində 89 min ton qeyri-neft məhsulları tranzit olaraq daşınıb.

Bəxşi vurğulayıb ki, bu ölkələrə əsasən, elektrik avadanlıqları, minik avtomobilləri, kimyəvi məhsular, mebel, pambıq və s.məhsullar tranzit olaraq daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti