...

Azərbaycanın xarici ticarət dövriyyəsi 25,4 milyard dollar təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2013 14:43 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-iyul aylarında statistik məlumatlara əsasən 25,4 milyard ABŞ dolları təşkil edib, onun 19,2 milyard dollarlıq hissəsi ixracın, 6,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.
Azərbaycanın xarici ticarət dövriyyəsi 25,4 milyard dollar təşkil edib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanın xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-iyul aylarında statistik məlumatlara əsasən 25,4 milyard ABŞ dolları təşkil edib, onun 19,2 milyard dollarlıq hissəsi ixracın, 6,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövr ərzində dünyanın 141 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 96 ölkəyə əmtəə ixrac olunub, 130 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 9,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti