...

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2013 20:08 (UTC +04:00)
Sentyabrın 5-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlayacaq.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçiriləcək

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Sentyabrın 5-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlayacaq.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak etmək məqsədilə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları Bakıda səfərdədir.

Forum çərçivəsində sentyabrın 4-də İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin nümayəndələrinin işçi görüşü keçirilib. Görüşdə elmi tədqiqatlar üzrə əməkdaşlıq istiqamətlərinə, İƏT-ə üzv ölkələr arasında regional inteqrasiyanın dəstəklənməsinə, beyin mərkəzlərinin daimi əlaqələndirmə şurasının yaradılmasına və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində, həmçinin İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu ilə Pakistan və Qırğızıstanın analoji qurumları arasında, o cümlədən Azərbaycan, Qırğızıstan, Qazaxıstan və "EcoMod Networking" şirkəti arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Sabah isə Bakı Biznes Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu çərçivəsində "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 1-ci Beynəlxalq Konfrans keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti