...

Səfir: Almaniya şirkətləri Azərbaycanda müxtəlif potensial biznes imkanlarını öyrənmək istəyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 10:41 (UTC +04:00)
Almaniya şirkətləri Azərbaycanda sərmayə mühitini, müxtəlif potensial imkanları öyrənmək istəyirlər. Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel Bakıda 1-ci Avropa Azərbaycan İnvesitisiya konfransında bildirib.
Səfir: Almaniya şirkətləri Azərbaycanda müxtəlif potensial biznes imkanlarını öyrənmək istəyirlər

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir S.Əhmədova/

Almaniya şirkətləri Azərbaycanda sərmayə mühitini, müxtəlif potensial imkanları öyrənmək istəyirlər. Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel Bakıda 1-ci Avropa Azərbaycan İnvesitisiya konfransında bildirib.

Səfir qeyd edib ki, bu, ilk sərmayə toplantısıdır: "Bu, həm Azərbaycan, həm də Avropa ölkələri üçün çox önəmli bir tədbirdir."

H.Tempel Azərbaycan höküməti, biznes icması və fərdi sahibkarlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Səfirin sözlərinə görə, Avropa xarici ticarət sərmayə prinsipini bölüşür. H.Tempel Almaniya-Azərbaycan Ticarət Palatasının iki ölkə arasında yaxşı baza olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti