...

AİB ödənişli yolların tətbiq olunması ilə bağlı araşdırmanın nəticələrini Azərbaycan hökumətinə təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2013 12:19 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda ödənişli yolların tətbiq olunması imkanlarının araşdırılması barədə yerli və xarici tərəfdaşlara tanışlıq hesabatı təqdim edib.
AİB ödənişli yolların tətbiq olunması ilə bağlı araşdırmanın nəticələrini Azərbaycan hökumətinə təqdim edəcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Əliyev/

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda ödənişli yolların tətbiq olunması imkanlarının araşdırılması barədə yerli və xarici tərəfdaşlara tanışlıq hesabatı təqdim edib. Bu barədə AİB-in Bakı nümayəndəliyindən Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumata görə, son illər hökumətin yol alt sektoruna AZN 4,6 milyard investisiya qoymasına baxmayaraq, yol şəbəkəsinin yeniləşdirilməsi prosesi və yollarda artan nəqliyyat göstərdi ki, yol şəbəkəsinin davamlı inkişaf etdirilməsi və məqbul səviyyədə saxlanılması üçün daha artıq maliyyə vəsaitinin ayrılması vacibdir. Hazırda donorlar özəl sektorun iştirakı ilə daha keyfiyyətli xidmətin göstərilməsi və yolların saxlanılması üçün ayrılan vəsaiti artırmaq məqsədilə birbaşa və ya dolayı gəlir əldə etmək imkanları axtarırlar. "Ödənişli Yollar" haqqında araşdırmanın məqsədi ödənişli yolların tətbiqi üçün prioritet yol hissələrini və özəl sektorun iştirakının səmərəliliyi müəyyənləşdirmək, Azərbaycanın mövcud normativ-hüquqi bazası əsasında özəl sektorun yol alt sektorda davamlı iştirakının mümkünlüyünü öyrənmək idi.

Hesabat milli və beynəlxalq tərəfdaşlara təqdim edilib. Nəqliyyat sektorunda maraqlı tərəflərin fikir və təkliflərini və dövlət-özəl tərəfdaşlığın (DÖT) beynəlxalq təcrübəsini özündə əks etdirən və ödənişli yolların tətbiqi və DÖT variantları, DÖT üçün prioritet yol hissələrinin müəyyənləşdirilməsi, hüquqi bazanın qiymətləndirilməsi və tənzimlənməsi, ödənişli yollarda əməliyyat proseduru, risklərin qiymətləndirilməsi və DÖT layihələrin həyata keçirilməsinə dair tövsiyələr kimi sahələri əhatə edən yekun hesabat hökumətə təqdim ediləcək.

Filippinin paytaxtı Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır . AİB 1966-cı ildə yaradılmışdır, 48 ölkə Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. 2012-ci ildə AİB-ın ümumi yardımı 21,6 milyard dollar olub, o cümlədən 8,3 milyard dollar birgə maliyyələşdirməyə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti