Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Axundov/
Dünya Bankının Direktorlar Şurası (DB) Azərbaycanda kənd təsərrüfatı sahəsində rəqabətə davamlılığın yaxşılaşdırılması üzrə layihəni (Agricultural Competitiveness Improvement Project) təsdiqləyib. Bu barədə çərşənbə günü Trend-ə açıqlamasında bankın Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirib.
Onun sözlərinə görə, ümumi dəyəri 53,25 milyon dollar olan layihənin 34,5 milyon dolları DB tərəfindən ayrılacaq. Layihənin maliyyələşdirilməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (AYİB) xətti ilə həyata keçiriləcək.