...

Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 17:30 (UTC +04:00)
Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) dəstəyi, "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilib.
Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilib

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) dəstəyi, "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən AzPromo-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycanın qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və Fondun fəaliyyəti barədə məlumat verib.

Yaponiyanın "World Investors TV" şirkətinin rəhbəri Kazuyasu İşida Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. O, kənd təsərrüfatı, maliyyə, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən Yaponiya şirkətlərinin azərbaycanlı sahibkarlarla əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayıb.

Tədbirdə, həmçinin Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimat keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti