...

2014-cü ilin yazında Bakıda iri yol layihəsinin reallaşdırılması başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 16:51 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi 2014-cü ilin may ayına kimi Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasını tamamilə başa çatdıracaq.
2014-cü ilin yazında Bakıda iri yol layihəsinin reallaşdırılması başa çatacaq

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi 2014-cü ilin may ayına kimi Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasını tamamilə başa çatdıracaq. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, paytaxt yollarında yüklənmənin azalmasına töhfə verəcək iri yol layihəsi çərçivəsində işlər sürətlə davam etdirilir.

Həsənov deyib: "Hazırda bir sıra yol layihələri çərçivəsində fəal işlər aparılır. Onların arasında Ziya Bünyadov prospektinin yenidən qurulması da var. Burada işlərin 2014-cü il mayın 1-dək başa çatdırılması planlaşdırılır".

Ziya Bünyadov prospektində infrastrukturun yenidən qurulması çərçivəsində ümumilikdə bir yolayrıcı kompleksinin, bir yolötürücünün və iki tunel tipli yolötürücünün, eləcə də dəmiryol üzərindən yolötürücünün inşası planlaşdırılır. Bundan əlavə, piyadaların prospekti təhlükəsiz keçmələrini təmin etmək üçün dörd yeraltı keçidin tikintisi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti