...

Ölkəyə iri və ortatutumlu avtobusların gətirilməsinə dair planlar açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2013 13:41 (UTC +04:00)
Azərbaycana iri və ortatutumlu sərnişin avtobuslarının gətirilməsi davam etdiriləcək. Bunu Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.
Ölkəyə iri və ortatutumlu avtobusların gətirilməsinə dair planlar açıqlanıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycana iri və ortatutumlu sərnişin avtobuslarının gətirilməsi davam etdiriləcək. Bunu Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda sərnişinlərin daşınması üçün həm iri, həm də ortatutumlu avtobuslardan geniş istifadə olunur: "İritutumlu avtobusların ortatutumlu avtobuslarla əvəz edilməsi manevr etməyin çətin olduğu dar küçələrdə həyata keçirilib, başqa marşrutlarda isə iritutumlu avtobuslardan istifadə olunur. Ölkəyə iri və ortatutumlu avtobusların gətirilməsi gələcəkdə də davam etdiriləcək".

2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 665 avtobus idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,9 faiz azdır. İdxal olunan avtobusların ümumi dəyəri 31,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 27,3 faiz azdır.

Ümumilikdə ötən il Azərbaycana 1038 ədəd avtobus gətirilib ki, bu da 2011-ci ildə qeydə alınan göstəricidən 58,5 faiz çoxdur. İdxal olunan avtobusların ümumi dəyəri 49,88 milyon dollardan artıq olub. Bu, 2011-ci ilin göstəricisindən 88,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti