...

Nəqliyyat Nazirliyi sərnişindaşımada təhlükəsizliyi təmin etmək üzərində nəzarəti gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2013 17:46 (UTC +04:00)
Bakıda sərnişin avtobuslarının iştirakı ilə xəsarət və ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verəcəyi təqdirdə, operatorlara (daşıyıcılar) qarşı marşrut xəttindən çıxarmağadək ən sərt tədbirlər görüləcək.
Nəqliyyat Nazirliyi sərnişindaşımada təhlükəsizliyi təmin etmək üzərində nəzarəti gücləndirir

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakıda sərnişin avtobuslarının iştirakı ilə xəsarət və ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verəcəyi təqdirdə, operatorlara (daşıyıcılar) qarşı marşrut xəttindən çıxarmağadək ən sərt tədbirlər görüləcək. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, sərnişindaşımanın keyfiyyətini artırmaq və bədbəxt hadisələrin qarşısını almaq məqsədilə Bakıda təqribən 172 avtobus marşrutunda işləyən daşıyıcıların sayı 32-dək azaldılıb: "Onlardan 19-u hüquqi, 13-ü isə fiziki şəxsdir".

N.Həsənov qeyd edib ki, aparılmış işlər nəticəsində daşıyıcıların sayı xeyli azaldılıb, marşrutlarda yalnız sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək iqtidarında olanlar qalıb:

"Sərnişindaşımanın təhlükəsizliyini təmin etmək sahəsində kobud pozuntular qeyd alınacağı, yaxud xəsarət və ölüm halları ilə nəticələnən bədbəxt hadisələr baş verəcəyi təqdirdə, daşıyıcılara qarşı ən sərt tədbirlər tətbiq ediləcək".

Onun sözlərinə görə, yaxın vaxtlarda marşrut operatorları olan sahibkarlarla növbəti görüş keçiriləcək: "Görüş sərnişinlərin daşınması zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi, habelə avtobuslarda sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə əlaqədar təşkil olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti