...

İran iqtisadiyyatı - Fortunanın marioneti, yoxsa pis idarəetmə?

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2013 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Dalğa Xatınoğlu, Trend-in Fars xəbərlər xidmətinin rəhbəri

Uilyam Şekspirin məşhur dramında Romeo təsadüf ucbatından Cülyettanın əmisi oğlunu öldürməyə məcbur olmasına səbəb gətirərək deyir: "Mən Fortuna (qədim Romada Fortuna bəxt allahı olub) tanrısının marionetiyəm".

Əlbəttə, bu, Romeonun öz dəyərləndirməsidir, lakin hər kəsin bu hadisənin səbəbi ilə bağlı öz baxışı var.

İran iqtisadiyyatında yaranmış faciəvi vəziyyətə gəldikdə isə hamı bu faicəni təsdiq edir, ancaq əsas səbəbin nə olduğu barədə hər kəsin öz fikri var.

Əlbəttə ki, hazırda bu vəziyyətin yaranmasında sanksiyaların, yaxud səhv idarəetmənin daha çox payı olduğu önəmsizdir, nəticə etibarilə vəziyyət olduqca acınacaqlıdır.

Cənubi koreyalı rejissor Çan-Vuk Parkın "Qisas üçün simpatiya" filmində qız sevdiyi oğlana iki başı olduğunu təsəvvür etdiyi bir kişi haqqında danışır. Həmin kişi bir gün tapançanı başına sıxıb. Oğlan həyəcan və təəssüf hissi ilə dərhal soruşur: "Hansı başına, sağa, yoxsa sola?"

Heç nəyin əhəmiyyəti yoxdur, nəticə məlumdur.

Bunun problem olduğunu hamı anlayır, lakin hər bir ekspert öz fərziyyəsini irəli sürməkdədir: 21 mart 2013-cü ildə bitən İran təqvimində İran iqtisadiyyatı 6% azalıb, inflyasiya isə 35% təşkil edib.

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejadın 8 illik prezidentliyi dövründə 600 milyard ABŞ dolları civarındakı neft ixracatı (son 104 ildə ölkənin neft gəlirlərinin təxminən yarısı) və 175 milyardlıq qeyri-neft sektoru məhsullarının ixracı hesabına "iqtisadiyyatın cərrahiyyəsi" adı altında iqtisadi islahatlara başlandı. Belə ki, aşağı faizlə işsizlərə 20 milyard ABŞ dolları məbləğində kredit verilməsi, subsidiyaların ləğvi və əhaliyə kompensasiya qismində nağd pul verilməsi, yoxsul təbəqə üçün ucuz evlərin tikilməsi və sanksiyaların İran iqtisadiyyatının ayaqüstdə dayanmasına yardım edəcəyini düşünmək və bu kimi addımlar atılmışdı.

Əlbəttə, Əhmədinejad hakimiyyəti İranın "xəstə iqtisadiyyat"ı üzərində "cərrahiyyə əməliyyatı" apardı, amma keyləşdirici vasitə vurmadan.

İran iqtisadiyyatının qeyri-stabil olması, ümumi daxili məhsulun (ÜDM) aşağı səviyyədə artması və yüksək inflyasiya səbəbindən atılan addımlar əks nəticə verdi.

Əhmədinejad 2013-cü ilin əvvəlinə qədər Qərb ölkələrinin sanksiyalarının təsirini inkar edirdi, lakin prezidentlik müddətinin son ilində ölkə iqtisadiyyatının zəifləməsində sanksiyaların böyük rolu olduğunu etiraf etdi.

2011-ci ilə kimi İran ÜDM-nin 20%-ni təşkil edən neft ixracatı gündəlik 2,2 milyon bareldən bir milyon barrelə qədər azaldı. Çoxları, o cümlədən yeni Prezident Həsən Ruhani Əhmədinejadı idarəçiliyinin zəif olmasına görə tənqid edirdilər.

Ruhani Əhmədinejadı sərt tənqid edərək iqtisadi prioritetlərini izah etdikdən bir gün sonra - 27 noyabrda tarixində İranın Mərkəzi Bankı yeni hesabat yayaraq İranın ÜDM-nin son bir il ərzində 5,8% azaldığını bəyan etdi.

Ruhani prezident kürsüsünə oturmasından sonrakı 100 günün nəticələrinə yekun vurarkən televiziyada canlı yayımda 26 noyabr tarixində Əhmədinejadı pis və səmərəsiz idarəçilikdə ittiham etdi.

Pis idarəetmə, yoxsa sanksiyalar?

Ruhani avqust ayında prezident kürsüsünə oturanda ölkənin müxtəlif sahələrə iki trilyon rial (cari məzənnə ilə 80 milyard ABŞ dolları) borcu var idi və inflyasiya səviyyəsi təxminən 43% təşkil edirdi.

Bu, İran iqtisadiyyatındaki vəziyyətin ümumi mənzərəsidir. Lakin İran Mərkəzi Bankının məlumatlarına əsasən vəziyyət heç də Ruhaninin təqdim etdiyi kimi yaxşı deyil.

İran Mərkəzi Bankının məlumatına əsasən son bir ilə görə İranın iqtisadi vəziyyəti (ABŞ dolları 12.260 rial məzənnə ilə hesablanıb):

ÜDM

(milyard rial)

Neftsiz ÜDM

(milyard rial)

Müxtəlif sektorlarda istehsal olunmuş əlavə dəyər həcmi *

neft

kənd təsərüfatı

sənaye və mədənlər

tikinti

xidmətlər

21 mart 2012-ci ildə bitən İran ili

(milyard rial)

555436

506935

48501

74265

154121

28385

288021

21 mart 2013-cü ildə bitən İran ili

(milyard rial)

522957

490995

31962

78943

135008

20414

286951

İldən-ilə dəyişən faizlər

- 5.8

-3.1

-34.1

6.3

-12.4

-28.1

-0.4

* Rəqəmlər müvəqqəti xarakter daşıyan qeyri-stabilliyin, inflyasiyanın təsirini nəzərə almamaq şərtilə 1376-cı (1997) il ilə (təməl il) müqayisə olunaraq hesablanıb.

Bu İran iqtisadiyyatındaki faciənin bir səhnəsidir. Sənaye sahəsinə qoyulan sərmayələrin həcmi 2011-ci illə müqayisədə ötən il 29%, sənaye sahələrində istehsal həcmi 9%, bu müddətdə neft kimya məhsullarının ixracı 33%, kondensatın ixracatı isə 12% azalıb.

Ruhani öz vəzifəsinin icrasına Qərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı addımlarla başlayıb. İrana qarşı həyata keçirilən bəzi tədbirlərin yumşaldılması müşahidə olunur, ancaq nüvə məsələri ilə müzakirələrin nəticəsindən çox şey asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti