...

Azərbaycan-İraq hökumətlərarası komissiyanın I iclasının protokolu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2013 13:21 (UTC +04:00)
Çərşənbə günü Bakıda keçirilən ticarət, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-İraq hökumətlərarası komissiyasının birinci iclasının gələcək əməkdaşlıq haqqında protokolu imzalanıb.
Azərbaycan-İraq hökumətlərarası komissiyanın I iclasının protokolu imzalanıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.Əliyev/

Çərşənbə günü Bakıda keçirilən ticarət, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-İraq hökumətlərarası komissiyasının birinci iclasının gələcək əməkdaşlıq haqqında protokolu imzalanıb.

Azərbaycan tərəfdən sənədi rabitə və informasiya texnologiyaları naziri Əli Ababsov, İraq tərəfdən əyalət işləri üzrə dövlət naziri, rabitə nazirinin səlahiyyətlərini icra edən Tarhan əl-Müfti imzalayıblar.

Tərəflər gələcək ikitərəfli, o cümlədən təhsil və elmi tədqiqatlar, İKT, maliyyə, vergi və gömrük sahələri, eləcə də kənd təsərrüfatı, mədəniyyət və turizm və s. sahələrdə əməkdaşlığın inkişafı barədə razılığa gəliblər.

Hökumətlərarası komissiyanın ikici iclası İraqda keçiriləcək.

Bundan başqa, iclasa hər iki ölkədən sərmayəçilər və sahibkarlar cəlb ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti