...

Azərbaycanda təmir və dizayn sektoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2014 14:38 (UTC +04:00)
İnteryer və eksteryerin dizaynı və buna əsaslanan təmir və restavrasiya ilə bağlı hər hansısa ixtisaslaşma və ya orta peşə təhsilinin mövcud olmamasına baxmayaraq, artıq beş ildir ki fəaliyyət göstərən və nəyinki paytaxt Bakıda, eləcə də ölkənin digər regionlarında da uğurlu işlər ortaya qoyan Zaferoğlu İnşaat, qısa desək, təmir və dizayn sektoruna öz damğasını qoyub, dolayısıyla sözügedən sahənin ixtisaslaşmış təmsilçisnə çevrilib.

Şüphəsiz ki, bu sektorda tez-tez yaranan və qısa vaxt ərzində iflasa uğrayan qurumların sayı təmir və dizayn işinin qəliz incəliklərinin və ən əsası da bu incəliklərin bazarda xidmət şəklində satılmasının ağırlığından xəbər verir.

Ölkədə ilk dəfə təmir və dizayn işi üzrə ISO 9001 standartının tələblərinə uyğunluğu təsdiq edilən Zaferoğlu İnşaat öncəki illərdə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində dünya miqyaslı mükafatlara layiq görülmüş və təbii ki, Azərbaycan adı ilə ölkəmizdə gedən yüksək iqtisadi inkişafın bəhrəsini beynəlxalq arenalarda sərgiləmişdir.

2014-cu ilin başlanğıcından bir sıra struktur və orientasiya dəyişikliyi baş verən şirkət, artıq sadəcə təmir və dizayn sferasında deyil, eləcə də, villa, bağ evi və istənilən ictimai obyektlərin tikintisinə daha çox meyl göstərməyə başlayıb. Bununla da, Türkiyə, Qazağıstan və Rusiya kimi ölkələrdə bir sıra layihələrə start verilib.

Müsahibə zamanı şirkətin prezidenti Zəfər Məmmədov qarşıdakı illərdə Latviya nümayəndəliyinin açılmasının planlaşdırıldığını bildirdi. Zəfər Məmmədov, "Hədəfimiz Riqa nümayəndəliyi vasitəsilə Avropa bazarına çıxmaqdır" deyib.

Şirkət və onun fəaliyyəti ilə bağlı daha ətraflı məlumat almaq üçün sayta baş çəkin: zaferoglu.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti