...

"Atəşgah" əmlak sığortası üzrə iri sığorta ödənişi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2014 12:11 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Atəşgah” SŞ hüquqi şəxslərin əmlak sığortası üzrə iri ödəniş həyata keçirib.
"Atəşgah" əmlak sığortası üzrə iri sığorta ödənişi həyata keçirib

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ hüquqi şəxslərin əmlak sığortası üzrə iri ödəniş həyata keçirib.

Belə ki, Sumqayıtda yerləşən "Karvan" Ticarət Mərkəzində baş verən yanğın nəticəsində qiymətli saat və aksesuarlar yanıb. Sığorta ödənişi - təqribən $100 min (74 min AZN) həmin saat və aksesuarlar satılan mağazaya verilib.

Əmlak sığortası "Atəşgah" Sığorta Şirkətinin əsas istiqamətlərindən biridir və yanğın və ya tüstü nəticəsində zədələnmə, ildırım vurması, məişət qazının partlaması, sığortalanmış əmlakın üstünə uçan alətlərin və yaxud onların qırıqlarının düşməsi, təbii fəlakətlər, sığortalanmış əmlakın su kəməri xətti, kanalizasiya, isitmə və yanğına qarşı sistemdən axan su nəticəsində zədələnməsi və digər riskləri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti