...

Maliyyə Nazirliyi "Günay Sığorta"nın lisenziyasının qüvvəsini bərpa etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 14:08 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi 2008-ci il avqustun 14-də "Günay Sığorta" ASC-yə verilmiş lisenziyanı bərpa edib. Bu barədə Trend Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən məlumat verir.
Maliyyə Nazirliyi "Günay Sığorta"nın lisenziyasının qüvvəsini bərpa etdi

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Z.Qurbanova/

Azərbaycan Maliyyə Nazirliyi 2008-ci il avqustun 14-də "Günay Sığorta" ASC-yə verilmiş lisenziyanı bərpa edib. Bu barədə Trend Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən məlumat verir.

Məlumatda deyilir: "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasının cəmiyyət tərəfindən təmin edilməsi ilə əlaqədar, sığorta qanunvericiliyinə uyğun olaraq "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyətinə 14 avqust 2008-ci il tarixdə sığorta fəaliyyətinə verilmiş 042483 nömrəli lisenziyanın qüvvəsi 29 may 2014-cü il tarixdə bərpa edildi".

Qeyd edək ki, Müdafiə Nazirliyi 2014-cü il fevralın 24-də şirkətin lisenziyasının fəaliyyətini dayandırmışdı. Qanunvericiliyə uyğun olaraq, lisenziyanın bərpası üçün sığortaçı öz ümumi kapitalını altı ay ərzində Maliyyə Nazirliyinin minimal tələbi səviyyəsinə qədər çatdırmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti